İran Mülki Aviasiya Şurası bu gün axşam saatlarına ölkənin qərb istiqamətində hava sahəsinin bağlandığını bəyan edib.
Tribuna.az xəbər verir ki, Şura mülki təyyarələrin bu bölgədən keçməmək üçün xəbərdarlıq notamı yayıb.
Lakin qurum hava sahəsinin bağlanmasının səbəbini açıqlamayıb.
“Tasnim” Agentliyi isə rəsmi qaynaqlara istinadən bildirib ki, bu addım “məlum şərtlərlə” bağlıdır.
Tehranın belə bir addım atmasının əsas səbəbi kimi, bu gün İranın İsrailə raket hücumları təşkil edəcəyini göstərilir. Çünki rəsmi Tehran dünən İsrailin Beyruta hücumuna cavab verəcəyini bəyan edib.
Xatırladaq ki, İranın qərb bölgəsinə İraq və Türkiyə ilə sərhədlər daxildir.
Fərda Uğur









