İranda formalaşmış yeni rejim əvvəlki ənənəsini davam etdirəcək.
Tribuna.az xəbər verir ki, bunu yeni rəsmilərin verdiyi açıqlamalardan aydın görmək mümkündür.
İranın Ali Kiberməkan Şurasının üzvü İzzətullah Zərqami bəyan edib ki, danışıqlar zərurətdən və çarəsizlikdən irəli gəlir. O, ölkəsinin ilk hədəflərini də açıqlayıb. “Bizim ilk prioritetimiz qisasdır; düşmənlərlə nəzakətli davranacaq və insanların çəkdikləri ağrılara görə qəlblərini sakitləşdirəcək şəkildə qisas almaqdır”.
İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani də analoji fikirlər səsləndirib. “Düşmən özünü qisasçı döyüşçülərlə qarşıdurmaya hazırlasın. Bu döyüşçülər həlak olanların qisasını almaq istəyirlər. Düşmənlər sillə və sarsıdıcı zərbə ilə üzləşəcəklər”.
Bu açıqlamalara İsraildən də cavab gəlib. Bu ölkənin müdafiə naziri İsrael Katz İrandajı rejim mənsublarını təhdid edib: “İsrailin məhv edilməsini istəyən İranın istənilən lideri Xameneinin aqibətini yaşayacaq”.
Fərda Uğur









