İran Ermənistanla strateji əməkdaşlıq sənədi imzalamağa hazırlaşır

İran Ermənistanla strateji əməkdaşlıq sənədi imzalamağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan rəhbərliyi İrana qarşı addımların atılmasına imkan verməyəcəyini bildirib”.

Tribuna.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib.

Onun sözlərinə görə, Tehran Cənubi Qafqazda sülhün olmasını arzulayır. Səfir həmçinin dəmiyolu məsələsinə də toxunub. “Biz Culfa-Naxçıvan-Yerasx dəmir yolunun istifadəyə verilməsi üçün də çalışmalıyıq ki, Fars körfəzi-Qara dəniz əlaqəsi yaradılsın. Bu, hamımız üçün böyük imkanlar yaradacaq”.

Şirqulami sonda qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfər çərçivəsində iki ölkə arasında hərtərəfli strateji sənədin imzalanacağına ümid edirlər.

Fərda Uğur