“Ermənistanın müdafiə naziri Suren Papikyanın Tehrana səfəri İranla Ermənistan arasında müdafiə əlaqələrində yeni mərhələnin başlanğıcıdır və əməkdaşlıq artıq simvolik çərçivəni aşaraq əməliyyat səviyyəsinə keçə bilər”.
Tribuna.az xəbər verir ki, bunu iranlı ekspert Ehsan Movəhhediyan deyib.
O bildirib ki, tərəflər xüsusilə Ermənistanın Sünik bölgəsində vəziyyəti həssas hesab edir. “Tehran mümkün nəqliyyat dəhlizlərinin İranın maraqlarına zidd şəkildə formalaşmasına qarşı olduqlarını bildirir. İran “transregional güclərin” bölgəyə müdaxiləsini təhlükə kimi dəyərləndirir”.
Movəhhediyan qeyd edib ki, iki ölkə arasında hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi və strateji koordinasiya genişlənə bilər.
O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh danışıqları məsələsinə də toxunub. “İran Ermənistan–Azərbaycan sülh prosesini dəstəkləyir. Lakin bölgədə sərhədlərin dəyişdirilməsinə də qarşıdır”.
Fərda Uğur









