Ermənistanın müdafiə naziri Suren Papikyan ötən gün İranda səfərdə olub. Tribuna.az xəbər verir ki, həmin səfər çərçivəsində erməni nazir İran prezidenti Məsud Pezeşkianla da görüşüb.
Tərəflər əsasən təhlükəsizlik məsələlərini müzakirə ediblər.
İranın İrəvandakı səfiri Xəlil Şirqulami isə bildirib ki, bu səfərdən sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıq dərinləşə bilər. Onun sözlərinə görə, İran Ermənistanla birgə genişmiqyaslı hərbi təlimlər keçirə bilər.
Fərda Uğur









