Son zamanlar İran mediasında davamlı olaraq Ermənistanın son siyasi addımları geniş müzakirə mövzusuna çevrilib.
Tribuna.az xəbər verir ki, rejimə bağlı ekspertlər İrəvanla əvvəlki kimi deyil, daha ehtiyatlı davranmağı tövsiyyə edirlər.
Onlar bildirirlər ki, Ermənistan hökumətinin Qərbə meyillənməsi onlar üçün qorxulu olmasa da, İsraillı yaxınlaşma cəhdləri kifayət qədər problemli məsələdir. Bu günlərdə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın İsrailə səfər etməsi isə bu müzakirələri qızışdırmağa başlayıb.
İran mediası yazır ki, bu səfər zamanı tərəflər Zəngəzur dəhlizi məsələsini müzakirə ediblər. “Həmin yolun açılması İsrailin bilavasitə marağındadır. Çünki həmin dəhlizin bir ucu gedib onlara çatacaq”.
Fərda Uğur









