İran tərəfi Zəngəzur dəhlizi məsələsində israrlı şəkildə əks mövqe qoyaraq, müxtəlif bəhanələr gətirməklə prosesi qaralamağa çalışır.
Tribuna.az xəbər verir ki, hələ bir müddət əvvəl İranın dini lideri Əli Xamineyinin müşaviri Əli Əkbər Vilyaətinin verdiyi açıqlama da bunu təsdiqləyir.
Lakin Tehran mediasına başaq bir maraqlı tendensiya diqqəti çəkir. Məsələ odur ki, İran Zəngəzur dəhlizinin deyil, başqa bir yolun açılmasının təşəbbüskarı kimi çıxış etməyə çalışır. Məsələn, SEPAH-a bağlı “Tasnim” Agentliyi yazıb ki, İcevan-Qazax yolu çəkilərsə, bu tarixdə Qərblə Şərqi birləşdirən ən qısa quru yolu olacaq. Daha sonra isə “Bu, Azərbaycan və Ermənistan üçün ciddi əhəmiyyət daşıyır” deyə qeyd edib.
Fərda Uğur









