İranın BMT-dəki nümayəndəliyi müharibə zamanı dəymiş zərərin ödənilməsi tələbi ilə çıxış edib.
Tribuna.az xəbər verir ki, bu barədə İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani məsələ qaldırıb.
Orada bildirilir ki, İran Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətəri “beynəlxalq öhdəlikləri pozmaqda” günahlandırıb. Bununla yanaşı, onlardan vurduqları ziyana görə, təzminat tələb edib. Lakin təzminatın konkret məbləği barədə hələlik bilgi mövcud deyil.
Fərda Uğur









