İran ABŞ və İsraillə müharibədə artıq raketlərin bir işə yaramadığını görərək, daha bir prosesə start verib.
Tribuna.az bildirir ki, Tehran uzun müddətdir maliyyələşdirdiyi proxy təşkilatlarını aktivləşdirmək qərarı verib.
Belə ki, artıq Yaxın Şərq ölkələrində SEPAH-a bağlı “Hizbullah” və “Hüseyniyyun” təşkilatlarının üzvləri xeyli fəallaşıblar. Elə bu səbəbdəndir ki, Küveyt ötən gün “Hizbullah”ın 10 üzvünü saxlayaraq, həbs edib. Onların ölkə içində terror aktlarına cəhd etdikləri vurğulanır.
BƏƏ-də də analoji halın yaşandığı rəsmi olaraq təsdiqlənib. Məlumata görə, Dubay polisi 5 şəxsi saxlayıb. Onların SEPAH-ın təlimatı üzrə hərəkət etdiyi müəyyən olunub.
Qeyd edək ki, İran uzun illərdir Yaxın Şərqdə özünə tabe olan təşkilatları maliyyələşdirir. Bu qruplardan əsasən İsrailə qarşı istifadə olunub. Bu gün isə onların bir qismi Yaxın Şərqdəki ölkələrə transfer edilərək, təxribatlara cəlb edilirlər.
Fərda Uğur









