İran dronları Məsrur Bərzaninin ofisini hədəfə aldı

İran dronları Məsrur Bərzaninin ofisini hədəfə aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrana məxsus iki dronun İraq Kürdüstan regionunun Baş naziri Məsrur Bərzaninin ofisini hədəfə aldığı bildirilir.

Bu barədə İraq mənbələri məlumat yayıb.

Məsrur Bərzani də özünün “X” hesabında hadisənin baş verməsini təsdiqləyib.

Onun sözlərinə görə, şəxsi ofisi və Kürdüstan regionunun təhlükəsizlik xidmətinin iqamətgahına İran dronları ilə hücum edilib.

Bərzani bunu qəbuledilməz təcavüz aktı kimi qiymətləndirib və kəskin şəkildə pisləyib.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

İran tərəfi hələlik məsələyə reaksiya verməyib.APA