İran DÇ-2026-da iştirak şərtlərini açıqladı

İran DÇ-2026-da iştirak şərtlərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac ölkəsinin milli komandasının 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak edəcəyini rəsmən bəyan edib.

Tribuna.az “RMC Sport”a istinadən xəbər verir ki, o, İrana qarşı olan xarici təzyiqlərə baxmayaraq, komandanın turnirə qatılacağını vurğulayıb:

“Biz turnirdə iştirak edəcəyik, lakin öz əqidəmizdən, mədəniyyətimizdən və prinsiplərimizdən imtina etməyəcəyik. Heç bir xarici qüvvə İrani layiq olduğu yarışdan məhrum edə bilməz”.

Buna baxmayaraq, rəsmi Tehran iştirak üçün bir sıra tələblər irəli sürüb. Şərtlər arasında viza verilməsi, personala, İran bayrağına və dövlət himninə hörmətlə yanaşılması yer alır. Həmçinin, İran tərəfi hava limanlarında, hotellərdə və oyunların keçiriləcəyi stadionlara gedən marşrutlarda yüksək səviyyəli təhlükəsizlik təminatı tələb edir.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Özbəkistanla 2:2 hesablı heç-heçədən sonra turnirə vəsiqə qazanan İran millisi G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Komandanın hər üç oyunu ABŞ ərazisində planlaşdırılıb.

Xatırladaq ki, mart ayında ABŞ Prezidenti Donald Tramp İranın dünya çempionatında iştirakını “yersiz” adlandırmışdı. Martın 27-də isə İran hakimiyyəti milli komandalarına “qeyri-dost ölkələrə” yarışlara getməyi qadağan etmişdi.