İran danışıqlara gedəcəkmi?- Tehrandan fərqli fikirlər

İran danışıqlara gedəcəkmi?- Tehrandan fərqli fikirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, müharibədən sonra ABŞ və İran arasında ddanışıqlar baş tutmayıb.

Tribuna.az xəbər verir ki, İslamabaddda nəzərədə tutulan ikinci raund İranın görüşə gəlməməsi ilə sual altına düşüb.

İranın XİN başçısı Abbas Əraqçı bildirib ki, ABŞ-la danışıqlar məsələsi üzərində düşünürlər. Onun sözlərinə görə, hər iki tərəf bir birinə təkliflərini göndərib.

Lakin Tehrandan gələn xəbərlər heç də birmənalı deyil. Tribuna.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədəh Hüseyn Maliki bildirib ki, “Danışıq və atəşkəsin heç bir faydası yoxdur”.

Parlamentin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü İbrahim Rzayi isə hesab edir ki, ABŞ İranın təkliflərini qəbul etməlidir. “Əgər ABŞ müdrikcəsinə hərəkət etmək istəyirsə, danışıqlarda İranın şərtlərinə razı olmaqdan başqa çarəsi yoxdur”.

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfəsəncaninin oğlu Möhsün Haşimi isə danışıqların başlamasını vacib hesab edib. O deyib ki, Tehran bu zaman iki əsas məsələni ön plana çəkməlidir. “İranın danışıqlara yanaşması son dərəcə real olmalıdır. Hazırda Tehranın danışıqlarda iki strateji kartı var: 60 faiz zənginləşdirilmiş uran və İranın Hörmüz boğazını idarə etməsi. İran hökuməti davamlı sülhə nail olmaq və sanksiyalara son qoymaq üçün bu iki vasitədən istifadə etməlidir”.

Fərda Uğur