Son iki həftə ərzində İranın müxtəlif şəhərlərində SEPAH-ın hərbçilərinə silahlı hücumların sayı intensiv artıb.
Tribuna.az xəbər verir ki, proses əsasən Sistan-Bəlucistan və qismən də Fars vilayətini əhatə edir.
Belə ki, son iki həftədə həmin silahlı hücumlar nəticəsində SEPAH 14 hərbçisini itirib. Yaralılar barədə isə hər hansı məlumat verilmir.
Dünən isə məlum olub ki, SEPAH Sistan-Bəlucistan bölgəsinə əlavə hərbi qüvvə göndərməyə başlayıb. Rəsmi qaynaqlar məlumatla bağlı açıqlama vermirlər. Ekspertlər isə deyirlər ki, bu, sözügedən bölgədə durumun kritik olması ilə bağlı ola bilər.
Fərda Uğur









