İranın əsas hərbi qüvvəsi olan SEPAH Sistan-Bəlucistan bölgəsində yaranmış vəziyyəti nəzarətə almaq üçün oraya yeni hərbi qüvvələr göndərib.
Tribuna.az xəbər verir ki, Tehran hökumətinin bölgəyə yönləndirdiyi qüvvələr əsasən SEPAH-ın tərkibində olan “Fatemiyyun” proksi qüvvələridir.
Məlumatda deyilir ki, bu addım sözügedən bölgədə İranın güc strukturlarının nümayəndələrinə qarşı silahlı hücumların kəskin artması ilə əlaqədardır.
Xatırladaq ki, son 18 gün ərzində əyalətdə hədəfi polis əməkdaşları, eləcə də SEPAH və “Bəsic” qüvvələri olan 18 silahlı insident qeydə alınıb. Hücumlar zamanı onlarla ölüm halı qeydə alınıb.
Fərda Uğur









