İran BƏƏ-nin sahil xəttinin Hörmüz boğazından kənarda yerləşən hissələrində yeni dəniz zonası üzərində nəzarət elan edib.
Tribuna.az xəbər verir ki, bu zona xüsusilə Fuceyrə və Xor Fakkan limanları ətrafını da əhatə edir.
Məlumatda qeyd olunur ki, həmin limanlar Hörmüz boğazının bağlanması fonunda BƏƏ tərəfindən alternativ marşrut kimi istifadə olunur. Bundan əlavə, BƏƏ-nin əsas neft boru kəməri də Fuceyrə limanı istiqamətində uzanır.
Bildirilib ki, əgər İran bu ərazi üzərində faktiki nəzarəti təmin edə bilsə, bu addım BƏƏ üçün dəniz blokadası yaratmaq anlamına gələ bilər.
Fərda Uğur









