Son günlər İranla Ermənistan arasında münasibətlərin soyuması aydın şəkildə müşahidə olunur.
Tribuna.az bildirir ki, Tehranın İrəvandakı səfiri Şirqulaminin son açıqlaması da bunu təsdiqləyir.
Səfir bildirib ki, İranın Ermənistandakı səfirliyinin qarşısında davamlı aksiyaların keçiriılməsini İrəvan hökuməti təşkil edir. O, bunun qarşısını almaq üçün tədbir görülmədiyini vurğulayıb. “Bizə elə gəlir ki, Ermənistan İrana qarşı düşmənlərimizə şərait yaradır. Bunu İran xalqı unutmayacaq”.
Amma məsələnin ardından o da məlum olub ki, İran Qafandakı konsulunu da dəyişir. Belə ki, hazırkı konsul Vəramini Yayıcı əvəzləyəcək.
İşin maraqlı tərəfi odur ki, İranın Qafana göndərəcəyi yeni səfir əslən azərbaycanlıdır və onun Əhər şəhərindən olduğu deyilir. Bu, onun ilk diplomatik missiyası olacaq. Buna qədər isə Yayıcının İran XİN-də mühasib işlədiyi bildirilir.
Erməni politoloq Robert Marqaryan isə bildirib ki, Azərbaycan əsilli birinin Ermənistana konsul göndərilməsi İranın İrəvana olan son münasibətinin təzahürüdür.
Fərda Uğur









