İran Azərbaycanla sərhəddə qoşun yığır

İran Azərbaycanla sərhəddə qoşun yığır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-İran gərginliyi fonunda cənub qonşumuzda bir sıra diqqətçəkən hadisələr müşahidə olunur.

Tribuna.az xəbər verir ki, Oman danışıqlarının nəticə verməyəcəyi və ABŞ-ın İrana hücum edəcəyinə dair deyimlər də artıb.

Ağ Evlə bağlantılı şəxslər bildirirlər ki, Vaşinqtonda Tehranla anlaşma əldə ediləcəyinə inam azdır. Onların məntiqinə görə, İran heç vaxt danışıqlarda sabit mövqe nümayiş etdirməyib və hər dəfə anlaşma pozulub.

Lakin İran tərəfi bu fonda qəribə bir addım atıb. Tribuna.az xəbər verir ki, dünəndən etibarən Tehran rejimi Azərbaycan, Türkmənistan və Əfqanıstan sərhəddinə qoşun yığmağa başlayıb. Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, proses iki gündür davam edir və SEPAH-ın əsas qüvvələri qeyd edilən istiqamətə yönləndirilib.

İranın bu addımı ilə bağlı rəsmi hər hansı açıqlama yoxdur. Güman edilir ki, bu, ABŞ-ın mümkün hücumu zamanı öncədən görülən tədbirlərdən biridir. Amma əsas məsələ odur ki, niyə Azərbaycan sərhəddi? Hərçənd Azərbaycan rəsmi olaraq mümkün hərbi əməliyyatlar zamanı İrana öz ərazisində hər hansı müdaxiləyə imkan verməycəyini bəyan edib. Bunun üçün konkret təminat da verilib. Belə olan halda, İranın Azərbaycandan həl də “təhdid” gözləməsi başadüşülən deyil.

Fərda Uğur