İran azadlıq istəyən bu gəncləri güllələdi – Video

İran azadlıq istəyən bu gəncləri güllələdi – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökümət qüvvələri Tehranın Tavanir bölgəsində mitinqdə iştirak edən bu gəncləri, belə saf, gözəl, həyat dolu gəncləri güllələyib.

Tribuna.az xəbər verir ki, bu barədə siyasi şərhçi Yeganə Hacıyeva yazıb. Video da paylaşan politoloq qeyd edib ki, hökumət qüvvələrinin güllələdiyi bu gənclər heç bir iğtişaş törətməyib:

“Onlar heç yanı dağıtmır, yandırmır, heç kimə atəş açmırdılar.
İğtişaş törətmir, zorakılıq etmir, sadəcə rəqs edir, azad olduqlarını, yaşadıqlarını göstəriblər. Bu uşaqların üzündə nifrət yox, sevinc var idi, dillərində şüar yox, musiqi var idi.
Ən dəhşətlisi də budur ki, bunu “din naminə” edildiyini iddia edən , sübut etməyə çalışan vicdansızlar var…”.

Gülşən Rəsul