İran Avropanı hədələdi: “Gəmilərinizi vurarıq”

İran Avropanı hədələdi: “Gəmilərinizi vurarıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran rəsmiləri həm diplomatik, həm də açıq şəkildə Avropanı hədələyən açıqlamalar veriblər.

Tribuna.az xəbər verir ki, İran xarici işlər nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi Qərb ölkələrinin ABŞ-a dəstək verməsinin faydasız olacağını qeyd edib.

O deyib ki, Vaşinqton və İsrailin regional təhriklərinə qoşulmaq Avropa üçün faydalı olmayacaq. “Biz Avropa ölkələrinə açıq şəkildə bildirdik ki, onlar ABŞ və ya sionist rejimin regional məsələlərdəki təhriklərinin onlara istəmədən fayda verməyəcək bir böhrana sürükləməsinə icazə verməməlidirlər”.

İranın dini lideri Müctəba Xamineyinin ofisindən maliyyələşən “Keyhan” qəzetinin baş redaktor Hüseyn Şəriətmədari isə bir qədər də irəli gedərək, Fransa və Britaniya gəmilərinin hədəflərində olduğunu bildirib. “Fransa və Britaniya gəmilərinə hücum təbii hüququmuzdur. Onların gəmiləri bizim raketlərin mənzili daxilindədir”.

Fərda Uğur