İran Pakistandakı vasitəçilərlə Vaşinqtonun müharibəyə son qoymaq təkliflərinə cavabını ABŞ-yə çatdırıb.
Tribuna.az xəbər verir ki, bu barədə “X” sosial media saytında “Axios”un müxbiri Barak Ravid məlumat verib.
“İran ABŞ-nin müharibənin dayandırılmasına dair razılaşma ilə bağlı son təkliflərinə cavabını Pakistan vasitəçiləri vasitəsilə ABŞ-yə çatdırıb”, – nəşr bildirib.
Tehranın Amerikanın təkliflərinə reaksiyası barədə məlumat verilməyib.









