Bir qrup iranlı deputat dini lider Müctəba Xamineyiyə müraciət edərək, ondan ABŞ-ı vura biləcək raketlərin hazırlanması üçün razılıq verməsini xahiş ediblər.
Tribuna.az xəbər verir ki, müraciətdə prosesin tezləşdirilməsi də ayrıca rica edilib.
Bildirilir ki, İran hərbi sənayesinin ABŞ-ı vura biləcək ballistik raket hazırlamaq gücü var. Bu səbəbdən də prosesi tezləşdirmək və bununla da Vaşinqtonu geri çəkilməyə məcbur etmək lazım olduğu qeyd edilir.
Fərda Uğur









