ABŞ-İran danışıqları fonunda tərəflər arasında gərginlik getdikcə artır.
Tribuna.az xəbər verir ki, rəsmi Tehran Hörmüz boğaz əttrafında yaranan gərginlikdən dolayı İslamabadda bu gün keçiriləcək görüşdən imtina edib.
Bu əsnada, İranın əsas hərbi kontingenti olan SEPAH ABŞ-ı müharibə ilə hədələyib. “Tasnim” Agentliyi birlikdəki rəsmilərə istinadən xəbər yayıb ki, əgər Livanda atəşkəs olmasaydı, İran dünən gecə İsrailə hücum edəcəkdi.
SEPAH bundan başqa, İran ordusunun döyüşə tam hazır olduğunu da bəyan edib. “Atəşkəs dövrünə baxmayaraq İran Silahlı Qüvvələri döyüşə tam hazır vəziyyətdədir və istənilən hücuma dərhal cavab verməyə hazırdır”.
Fərda Uğur









