İran ABŞ-a yeni təkliflərini göndərib

İran ABŞ-a yeni təkliflərini göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran  ABŞ-yə müharibənin dayandırılması üçün yeni təklif təqdim edib.

Tribuna.az xəbər verir ki, bu barədə “Axios” saytı məlumat yayıb.

Bildirilir ki, İran vasitəçilər üzərindən ABŞ-yə müharibənin birdəfəlik dayandırılması və Hörmüz boğazının yenidən açılması məqsədi daşıyan yeni təklif təqdim edib. Məlumata görə, Tehran Vaşinqtona üç mərhələli danışıqlar formulu irəli sürüb:

– Müharibənin tam dayandırılması və İranla Livana qarşı hərbi əməliyyatlara yenidən başlanmayacağına dair zəmanətlərin alınması;

– Bu razılaşmadan sonra Hörmüz boğazının idarə olunması və nəzarət mexanizmləri ilə bağlı danışıqların başlanması;

– Nüvə proqramı məsələsinin yalnız son mərhələdə və yalnız əvvəlki iki mərhələdə razılaşma əldə olunarsa danışıqlar gündəliyinə daxil edilməsi.

Fərda Uğur