İran ABŞ-a yeni təkliflər göndərdi: “Böyük Sövdələşmə”də nələr var?

İran ABŞ-a yeni təkliflər göndərdi: “Böyük Sövdələşmə”də nələr var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran rəhbərliyi ABŞ-yə “Böyük Sövdələşmə” adlandırılan yeni sülh planı təklif edib. Tribuna.az xəbər verir ki, həmin təkliflərdə bir sıra vacib məqamlar yer alıb.

Təklifdə deyilir ki, İran Hörmüz boğazındakı bütün hərbi manevrləri dayandırmağa və xarici tankerlərin təhlükəsiz keçidinə zəmanət verməyə hazırdır. Atəşkəslə bağlı isə Tehran regiondakı gərginliyin azaldılması və dənizdəki hərbi qarşıdurmanın dayandırılmasını tələb edir.

Təkliflərdə iqtisadi şərt də var. “ABŞ-nin Oman körfəzində tətbiq etdiyi dəniz blokadası – İran neftinin ixracına qoyulan qadağa aradan qaldırılmalıdır”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio təklifə skeptik yanaşdıqlarını bildirib. Rubio qeyd edib ki, Hürmüz boğazının açılması müsbət addım olsa da, ABŞ-nin əsas şərti hələ də yerinə yetirilməyib: “Bizim üçün əsas məsələ Hürmüzün statusu deyil, İranın nüvə silahı əldə etmək ambisiyalarıdır. Nüvə proqramı tam və yoxlanıla bilən şəkildə dayandırılmadan blokadanın ləğvi müzakirə mövzusu ola bilməz”.

Fərda Uğur