“ABŞ ilə atəşkəsin uzadılması ilə bağlı heç bir danışıqlar aparılmır”.
Tribuna.az xəbər verir ki, bunu İran mənbələri “Reuters” Agentliyinə açıqlamasında bildiriblər.
Mənbə qeyd edib ki, hazırda Vaşinqtonun öhdəliklərini yerinə yetirməyə dair vaxtın müəyyən edilməsi üzərində müzakirə aparılır.
“Hazırda müzakirə olunan məsələlərdən biri ABŞ-ın anlaşma memorandumuna qayıtması və Vaşinqtonun öhdəliklərinin yerinə yetirilməsi üçün vaxt cədvəlinin müəyyən edilməsidir”.
Fərda Uğur









