İki gün öncə İsrailin Livana hücumunu əsas tutaraq İran ABŞ-la danışıqları dayandırdığını bəyan edib.
Tribuna.az xəbər verir ki, prosesin dayanmasını ABŞ təkzib etsə də, Tehran hərbi əməliyyatlar dayanmadıqca, danışıqlara qayıtmayacağını qeyd edib.
Dünən məlum olub ki, İran bir müddət əvvəl ABŞ tərəfindən göndərilmiş təklifləri cavablandırmaq məsələsində tələsmədiyini vurğulayıb. Rəsmi Tehran bildirib ki, hələlik razılaşma cavabını ABŞ-a göndərməyib. İran cavabın mətnini müzakirə edir.
Fərda Uğur









