Dünən məlum olub ki, İran ABŞ-a Pakistan vasitəsi ilə 14 bəndlik yenilənmiş təkliflərini göndərib.
Tribuna.az xəbər verir ki, həmin təkliflərdə bəzi güzəştlər nəzərədə tutulub.
“Əl Ərəbiyyə” kanalının əldə etdiyi məlumatda deyilir ki, təkliflərdən biri İranın zənginləşdirilmiş uranın taleyi ilə bağlıdır. “İran ABŞ ilə sülh müqaviləsinin bir hissəsi olaraq zənginləşdirilmiş uranı Rusiyaya təhvil verməyə razıdır”.
Digər təklif isə İran Pakistan və Omanın qarant kimi iştirakı ilə Hörmüz boğazının tədricən və təhlükəsiz şəkildə açılmasına razılıq verməsidir. “Eyni zamanda, dəniz yolunun nüvə məsələsindən ayrılması təklif olunur”.
Həmin məlumatda o da qeyd edilir ki, yeni təklifə əsasən nüvə proqramı və uranın zənginləşdirilməsi kimi daha mürəkkəb məsələlər danışıqların növbəti mərhələlərinə təxirə salınır.
Fərda Uğur









