“İnsanlar toyda dincəlmir, zövq ala bilmir” – Deputat toylardakı israfçılıqdan danışdı

“İnsanlar toyda dincəlmir, zövq ala bilmir” – Deputat toylardakı israfçılıqdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Toylardakı israfçılıq cəmiyyətdə ciddi narahatlıq doğuran məsələyə çevrilib. Getdikcə israfçılıq artır. Toylarda yalnız israfçılıq deyil, eyni zamanda yeməklərin keyfiyyəti və musiqinin səsi ilə bağlı probemlər var”.

Bunu “Unikal”a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, bu kimi məqamlar hamını narahat edir:

“Belə ki, insanlar toyda dincəlmir, zövq ala bilmir. Yalnız narahatlıq keçirirlər. Burada müxtəlif modellər tətbiq oluna bilər. Biri odur ki, cəmiyyət özü bunu anlasın, bu prosesə getsin və özü bu məsələlərə son qoysun. Dünyanın müxtəlif ölkələrində bunu tətbiq edirlər. Yəni, inzibati yol vasitəsilə tənzimlənməni həyata keçirirlər. Məsələn, bəzi Orta Asiya respublikaları bunu edirlər. Belə olan halda insanlar bildirirlər ki, bu onların sosial həyatına müdaxilədir. Arzu olunan odur ki, insanların özü bunu dərk etsinlər və addım atsınlar. Siz toylarla bağlı kimi danışdırsanız, bu barədə söhbət etsəniz, hamı öz narazılığını bildirir. Düşünürəm ki, biz cəmiyyət olaraq özümüz bunu dərk edərək addımlar atmalıyıq. İnsanlar mərhələli şəkildə israfçılıqdan, israfçılığa yol verməkdən imtina etməlidirlər ki, cəmiyyətdə bu kimi halların aradan qaldırılmasına nail olaq”

Deputat qeyd edib ki, dünyada çox ciddi su və ərzaq qıtlığı gözlənilir: “Ölkəmizdə qiymətlərə təsir edən əsas səbəblərdən biri istehlakın çox olmasıdır. Həm israfçılıq, həm də insanların dolanışığı baxımından toyda bu qədər yeməyin, cürbəcür salatların masaya düzülməsinə ehtiyac yoxdur. Nə qədər qəribə səslənsə də, bu gün bəzi Avropa dövlətləri bunu tətbiq edirlər. Belə ki, onlar toylarda menyu tətbiqinə başlayıblar. Yəni, toylarda müəyyən tənzimləməni həyata keçiriblər. Gələcəkdə biz də bunu düşünə və həyata keçirmək barədə addımlar ata bilərik”.