“İnsanı sevməyi səndən öyrəndim…” – Leyla Əliyevadan yeni şeir

“İnsanı sevməyi səndən öyrəndim…” – Leyla Əliyevadan yeni şeir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leyla Əliyeva instaqram səhifəsində yeni şeirini paylaşıb.

Tribuna.az  həmin şeiri təqdim edir:

Dəyər ver insana, sev onunla hər anı,
Ayrılanda elə bil bir də görməyəcəksən
Sev gülüşü, qorxunu, göz yaşını, şübhəni,
Sev yanında olan zamanını böləni !

Bu müqəddəs gecədə yuxum çəkilib dara
Dünən də belə idi- yuxu hara, mən hara…
Bacardım həyatda sonsuz sevməyi –
Gecəni, gündüzü, xoş gələcək.

Sevimli anları əbədi yaşat
Yaşamaq istəsən bir andır həyat
Sevgiyə aparan əbədi yolda
Hər kəsi qəlbinlə duy, yaşa, anla !

Sev Tanrı yaradan o insanlar
Ağacı, günəşi, çölü, çayları !
Hər kəsin öz payı, öz qisməti var
Ancaq bir- görünüş görünüşlər!

Gözünü qırpmadan insan naminə
Sən ona dünyanı ərməğan eylə
Günahlar çox olar, atma üçünə
Sevinci, həyatı başa tac eylə!

Bilsən necə darıxıram səninçün
Hərdən öz-özümə çaşıb-qalıram:
Parlaq həyatında düz seçim üçün
Sənə güvənirəm, arxalanıram !

Ucalıb görüncə ayın üzünü,
Zülmət qaranlıqdan nura bələndim.
Sənin gözlərində tapıb özümü
İnsanı sevməyi səndən öyrəndim!

Şeir: Leyla Əliyeva
Tərcümə: Sevinc Əliyeva