İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 100 nəfərlik tədbirə 450 min pul ayırıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 100 nəfərlik tədbirə 450 min pul ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) növbəti satınalma prosesini reallaşdırmağa hazırlaşır.

Tribuna.az xəbər verir ki, qurum bununla bağlı tender elan edib.
Məlumatda deyilir ki, tender rəqəmsal səriştələrin inkişafı istiqamətində keçiriləcək tədbirlərin təşkili xidmətinin satın alınmasını əhatə edəcək. Bu məqsədlə 100 nəfərlik tədbirin keçirilməsi planlaşdırılır.
Qeyd edilir ki, İRİA həmin tədbirin təşkili üçün 451 min 903 manat ayırmağı planlaşdırıb. Və tədbirin iştirakçılarını 5 ulduzlu hoteldə toplamağı qərarlaşdırıb.

Fərda Uğur