İlham Əliyev Ukraynada bu şəhərin fəxri vətəndaşı oldu

İlham Əliyev Ukraynada bu şəhərin fəxri vətəndaşı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın İrpen şəhər Şurası Azərbaycan prezidenti İlham Əliyevi şəhərin Fəxri Vətəndaşı elan edib.

Tribuna.az xəbər verir ki, Report-un məlumatına görə, bunu İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri əvəzi Anjela Makeyeva bildirib.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Prezident İlham Əliyevin göstərişi ilə bu ölkəyə, o cümlədən İrpen şəhərinə müxtəlif humanitar yardımlar göstərilib.

O cümlədən, Azərbaycan hökumətinin köməyi ilə İrpendə lisey və şəhər poliklinikası bərpa olunub.

Azərbaycan enerji böhranından əziyyət çəkən Ukraynaya 11 yardım paketini göndərilib.

Bundan başqa Ukraynanın müharibədən əziyyət çəkən bölgələrindən 500-dən çox uşaq reabilitasiya üçün Azərbaycana gətirlib.