Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralını ölkəyə səfərə dəvət edib.
Tribuna.az xəbər verir ki, Prezident dəvəti İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edərkən edib.
Dövlət başçısı Azərbaycanda, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırlayıb.









