İkinci Dünya müharibəsinin qalıqları üzə çıxdı – Video

İkinci Dünya müharibəsinin qalıqları üzə çıxdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanda uzunmüddətli quraqlıq və anomal isti hava Tuna çayının su səviyyəsinin kəskin azalmasına səbəb olub. Suyun geri çəkilməsi nəticəsində çayın dibində onilliklərdir gizli qalan tarixi qalıqlar, o cümlədən İkinci Dünya müharibəsi dövrünə aid gəmi qalıqları üzə çıxıb.

Tribuna.az xəbər verir ki, xüsusilə ölkənin cənubundakı Baja və Mohaç ətrafında vəziyyət diqqət çəkib.

Mohaç yaxınlığında İkinci Dünya müharibəsindən qalma hərbi gəminin qalıqları çayın səthinə çıxıb. Baja şəhərində isə illərdir yalnız suyun səviyyəsi aşağı düşəndə görünən metal konstruksiya yenidən üzə çıxıb. Yerli mənbələr bu qalıqların müharibə dövrünə aid gəmi ilə əlaqəli olduğunu bildirirlər.

Macarıstanın Tuna-Drau Milli Parkı ərazisində də 1950-ci ildən əvvəl batmış dörd gəminin qalıqları aşkar edilib. Bəzi ərazilərdə isə çayın dibində İkinci Dünya müharibəsindən qalma partlamamış sursatların da üzə çıxdığı bildirilir.

Su səviyyəsinin azalması gəmiçilik üçün də ciddi çətinliklər yaradıb.

Tuna çayının suyu yüksəldikcə bu tarixi qalıqların yenidən su altında qalacağı gözlənilir.

Gülşən Rəsul