İki milyarder Paşinyana qarşı birləşdi: Rusiya layihəsi işə salınıb

İki milyarder Paşinyana qarşı birləşdi: Rusiya layihəsi işə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçiriləcək parlament seçkilərinə hazırlıq sürətlə davam edir.

Tribuna.az xəbər verir ki, bəzi siyasi qüvvələr koalisiya şəklində seçkilərə gedəcəklər.

Onlardan biri də Rusiyanın əsas layihələrindən biri olan “Güclü Ermənistan” Partiyasıdır. Milyarder Samvel Karapetyanın rəhbəri olduğu partiya ətrafına daha çox siyasi qüvvə yığmağa çalışır. Belə ki, dünən hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın yaratdığı “Yaşanan Ölkə” Partiyası “Güclü Ermənistan”la birlikdə seçkiyə gedəcəyini bəyan edib.

“Güclü Ermənistan” Partiyasının rəsmisi Narek Karapetyan bildirib ki, onlar bu ittifaqdan məmnundurlar. “Bakı həbsxanalarında saxlanılan bütün ermənilər evlərinə qayıtmalıdırlar”.

Fərda Uğur