İİKK: “Zəngəzur dəhlizi biz istəyəndə açılacaq”

İİKK: “Zəngəzur dəhlizi biz istəyəndə açılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın əsas hərbi elitası olan SEPAH (İİKK) Zəngəzur dəhlizi ilə bağlı açıqlama yayıb.

Tribuna.az xəbər verir ki, hərbi birlikdəki mənbə Ermənistanda nəşr olunan “İravunk” qəzetinə deyib ki, İranın Ermənistandakı dostlarının narahat olmasına ehtiyac yoxdur.

İİKK bəyan edib ki, dəhliz açılmayacaq. “Hörmüzü aça bilməyən eyni adam  Qafqazda dəhliz açmağa çalışmayacaq. Onların Ermənistana səfərləri sadəcə nümayişdən başqa bir şey deyil. Zəngəzur dəhlizi yalnız İranın və bölgənin əsl sahiblərinin maraqlarına xidmət etdiyi təqdirdə açılacaq”.

Fərda Uğur