Son aksiyalardan sonra İrandakı rejim xeyli sayda idmançı da həbs edib.
Tribuna.az xəbər verir ki, onların hamısı “iğtişaş yaratmaq”da ittiham olunurlar.
İranın qadın futbol və basketbol milli komandalarının üzvləri Zəhra Əlizadə, Kövsər Kamali və Behnam Yaxçali isə millidən istefa verdiklərini açıqlayıblar. Onlar bu addımı ölkədə aksiyaların qanlı yatırılmasına və həmkarlarının həbs edilməsini etiraz olaraq atdıqlarını bildiriblər.
Fərda Uğur









