Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti yeni tender elan edib.
Tribuna.az xəbər verir ki, bununla bağlı rəsmi açıqlama yayılıb.
Məlumatda deyilir ki, tenderin keçirilməsinə səbəb Ağdam rayonun Xıdırlı kəndində Ailə sağlamlıq mərkəzinin (Həkim tibb məntəqəsi, Təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayış üçün qonaq evi) tikilməsidir. Sözügedən xidmət bu məqsədlə 1 milyon 392 min 66 manat pul ayırıb.
Fərda Uğur









