İcra hakimiyyəti 173 min manata iki su tankeri alır

İcra hakimiyyəti 173 min manata iki su tankeri alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ordubad Rayon İcra Hakimiyyəti “Alfa Motors Company” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

Tribuna.az xəbər verir ki, şirkət icra hakimiyyətinin kommunal təyinatlı texnikaların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Müqavilənin maliyyə dəyəri 173 000 manatdır. Qurum bu məbləğə iki ədəd su tankeri almağı planlaşdırır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Alfa Motors Company” MMC 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, akademik Şamil Əzizbəyov küçəsi, ev 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xalıqov Mehdi Pərvaz oğludur.

Araşdırmalarımız zamanı məlum olub ki, Mehdi Xalıqov “İnam Sığorta Agentliyi”nin rəhbəri olmuş Fərid Xalıqovun qardaşıdır. “İnam Sığorta Agentliyi” 2022-ci ildə ləğv edilib.

Qaymarinfo