“İcazə almaq bu qədərmi çətindir?” – Video

“İcazə almaq bu qədərmi çətindir?” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Mərdan Kazımov sosial şəbəkə hesabında etdiyi paylaşımla diqqət çəkib. 

Tribuna.az xəbər verir ki, müğənni Xalq artistləri – Gülyaz və Gülyanaq Məmmədovaların AzTV-nin Yeni il şənliyində səsləndirdikləri “Cavanlığım” mahnısının aranjimanı üçün ondan icazə almadan istifadə etdiklərini bildirib.

“İcazəsiz bizim aranjimanımızı istifadə edirsiniz, canınız sağ olsun, heç olmasa mənim səsimi silərdiniz. Biz qrupla bu mahnının aranjimanı üçün çox əziyyət çəkmişik, bütün alətlər canlı ifa olunub. İcazə almaq bu qədərmi çətindir? Halbuki biz bu mahnıları oxuyanda bəstəkarlarından, rəhmətə gediblərsə də bəstəkarın varisindən icazə alırıq. AzTV, siz ümumiyyətlə niyə nəzarət etmirsiniz?”, – M.Kazımov qeyd edib.

Daha sonra yenidən paylaşım edən Mərdan Gülyaz xanımın onunla əlaqə saxladığını və məsələni aydınlaşdırdıqlarını vurğulayıb:

“Məsələ belədir ki, bir müddət öncə bir tanışım məndən bu mahnının aranjimanının icazəsini almışdı. Mən də onlara birbaşa göndərmişdim. Daha sonra onlar istifadə edəndə Gülyaz xanımgil eşidib və bəyəndikləri üçün onlardan alıblar. Gülyaz xanım bildirdi ki, bunun mənə aid olduğunu bilməyiblər. Bu da normal haldır. Sağ olsun ki, böyüklüyünü göstərib zəng etdi və aydınlaşdırdıq”.