“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı-SƏBƏB

“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı-SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hünər-İnşaat” şirkətində çalışan fəhlələr əməkhaqlarının ödənilməməsindən şikayətçidirlər.

Tribuna.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb.

Yayılan görüntülərdə fəhlələr “Hünər-İnşaat”ın Zəngilan rayonunun Cahangirbəyli kəndindəki inşaatında işlədiklərini bildiriblər.

Onlar iddia ediblər ki, şirkətdən bir müddətdir maaş ala bilmirlər, hətta bayram olmasına baxmayaraq, əməkhaqları verilmir, ac-susuz qalıblar:

“Hamımız gedirik yolu kəsməyə. Camaatın pulunu vermirlər. Qaçıb oturublar Bakıda ofisdə. Bayram günü yeyib-içirlər. Zəngilan rayonunun Cahangirbəyli kəndindəyik. Pulumuzu vermirlər. Hamımız bayram günündə ac-susuz, yeməksiz, siqaretsiz qalmışıq. “Hünər” şirkəti pulumuzu vermir. Magistral yolu kəsmişik ki, bəlkə, pulumuzu verələr”.

Xatırladaq ki, “Hünər-İnşaat” şirkəti “Huner Group”a daxildir. “Huner Group”un təsisçisi isə tanınmış azərbaycanlı iş adamı Ehtiram Quliyevdir.

Qeyd edək ki, məsələ ilə bağlı “Hünər-İnşaat” şirkəti mövqe bildirməyib.