“Hraparak”: “İrəvan Bakının dəstəyi ilə Rusiya menələrini dəf etmək fikrindədir”

“Hraparak”: “İrəvan Bakının dəstəyi ilə Rusiya menələrini dəf etmək fikrindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər veriildiyi kimi, ötən gün Azərbaycan və Ermənistan iş adamları Yerəvanda bir araya gəliblər.

Tribuna.az xəbər verir ki, hər iki tərəf ticarət əlaqələrinin bərpası və gücləndirilməsi üçün təkliflər irəli sürüblər.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, bu danışıqlar müsbət nəticə verəcək. Onun sözlərinə görə, tərəflərin hazırladıqları “yol xəritəsi” çox uğurlu olacaq.

Lakin “Hraparak” qəzeti başqa bir iddia ilə çıxış edib. Nəşr bu görüşün Rusiyanın yaratdığı maneələri aradan qaldırmaq üçün hazırlanmış plan olduğunu yazıb. Bununla yanaşı, həmçinin Ermənistanın Azərbaycandan ciddi dəstək gözlədiyini də qeyd edib. “Paşinyan Rusiyanın yaratdığı maneələri Azərbaycanın köməyi ilə dəf etmək niyyətindədir”.

Fərda Uğur