“Hraparak”: “Ermənistan süqut edir, tezliklə Qərbi Azərbaycan olacağıq”

“Hraparak”: “Ermənistan süqut edir, tezliklə Qərbi Azərbaycan olacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan dövlətin süqutuna hazırlaşır.

Tribuna.az bildirir ki, bunu Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb. Nəşr bildirir ki, süqut ilk olaraq dərsliklərdən və tarixdən başlayıb. “Bu gün Ermənistanda dərsliklər tamamilə dəyişdirilir. Azərbaycanın maraqlarına uyğun yazılır”.

Qəzet qeyd edib ki, Ermənistanın süqutu üçün başqa hədəflər də var. “Daha sonra kilsəni hədəfə aldılar. Bunun ardından Ağrı dağından və Qarabağdan imtina etdilər. Minsk Qrupunu ləğv etdilər və Qarabağ hərəkatının bitdiyini bəyan elədilər. Tezliklə Qərbi Azərbaycan olduğumuzu elan edəcəklər”.

Uğur