Hörmüzdə kritik həmlə: Trampın “Azadlıq layihəsi” işə yarayacaqmı?

Hörmüzdə kritik həmlə: Trampın “Azadlıq layihəsi” işə yarayacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında ilişib qalmış gəmilərin sərbəst hərəkətini təmin etmək üçün “Azadlıq layihəsi”ni elan edib.

Tribuna.az xəbər verir ki, bu layihənin məqsədi Yaxın Şərqdə müharibə ilə heç bir əlaqəsi olmayan ölkələrə məxsus gəmilərin sərbəst şəkildə boğazı keçərək, getmələrini təmin etməkdir.

Tramp bildirib ki, bu gün səhərdən etibarən müharibə ilə heç bir əlaqəsi olmayan ölkələrə məxsus gəmilərin sərbəst hərəkətləri təmin ediləcək. Bölgədəki ABŞ Hərbi Dəniz Donanması isə onlara qismən yardımçı olacaq.

O bəyan edib ki, əgər gəmilərin hərəkətinə hər hansı müdaxilə edilərsə, buna çox sərt və qətiyyətli cavab veriləcək.

Bu əsnada İran tərəfi də bəyan edib ki, əgər Hörmüz boğazına hər hansı hərbi müdaxilə edilərsə, buna sərt cavab verəcəklər. Tehran həmçinin xarici ticarət gəmilərini boğazın şimal hissəsi üzrə hərəkət etməsini tövsiyyə edib.

Fərda Uğur