Hörmüz böhran yeni mərhələyə keçir

Hörmüz böhran yeni mərhələyə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hörmüz boğazını idarə etmək Xameneinin arzusudur”. Tribuna.az xəbər verir ki, bunu İranın “Şərəyan Cəbhəsi”nin baş katibi və deputat Əbülqasim Cərarə deyib.

O bəyan edib ki, Hörmüz açılmayacaq. “Düşmənlərə, düşmənin müttəfiqlərinə və digər ölkələrə mesajımız Hörmüz boğazının keçmişdəki kimi açılmayacağıdır”.

Cərarə daha sonra bildirib ki, İranın mövqeyi dəyişməyib. “Hörmüz boğzından keçid əvvəlki qaydada idarə olunmayacaq”.

Dünən isə İran ordusu Hörmüz məsələsi ilə bağlı daha sərt açıqlama verib. Bəyanta da ddeyilir ki, İrana qarşı sanksiyalar tətbiq edən ölkələr Hörmüzdə çətinliklərlə üzləşəcəklər. “Atəşkəs məsələsində düşmənə qətiyyən etibar etmirik. Bu şəraitdə qüvvələrimizi və imkanlarımızı gücləndirməyə, hədəflərin siyahısını yeniləməyə, zəruri hallarda şəxsi heyətin təlimini nəzərdən keçirməyə, eləcə də müdafiə və hücum mövqelərini dəyişdirməyə çalışmışıq. Bu dəyişikliklərin bəziləri artıq həyata keçirilib, digərləri isə davam edir. Qüvvələrin zəruri yenidən yerləşdirilməsi də həyata keçirilib”.

Fərda Uğur