Hokhikyan: “Ermənistanda bunkerlərin tikintisində azərbaycanlılar da iştirak ediblər”

Hokhikyan: “Ermənistanda bunkerlərin tikintisində azərbaycanlılar da iştirak ediblər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fars əsilli inşaatçı Səfər Musəvi mənimlə görüş zamanı qeyd etdi ki, azərbaycanlılar Ermənistanın cəbhə xəttində bunkerlərin və digər istehkamların tikintisinə cəlb olunub”.

Tribuna.az xəbər verir ki, bu iddia ilə erməni jurnalist Nairi Hokhikyan çıxış edib.

O bildirib ki, həmin işlərdə çalışanların erməni mövqelərinin bütün sirlərini lentə almaq imkanı olub. “Səfər və onun dəstəsi aylarla Ermənistanın cəbhə xəttində çalışıb, bunkerlər tikib. Lakin müqavilədə nəzərdə tutulan 12 milyon dram dövlət büdcəsindən ödənilməyib. Daha sonra Səfər ödəməli olduğu pulu tələb etdiyi üçün Aram Sarkisyana bağlı şəxslər tərəfindən döyülüb”.

Hokhikyan azərbaycanlılar dedikdə, əsasən Güney Azərbaycandan gələnləri nəzərədə tutub. O dolayısı ilə iddia edib ki, həmin azərbaycanlılar Ermənistanın tikdiyi bunker və cəbhə xəttinə dair məlumatları Azərbaycana ötürə bilərdilər.

Fərda Uğur