Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cüteili ilə görüşüb.
Tribuna.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında məlumat verilib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu bildirilib.









