Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Tbilisi prospektində hərəkətdə olan nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Tribuna.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Bildirilib ki, dərhal ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən yolda təhlükəsizlik təmin edilib və yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb.
Yanğın qısa müddət ərzində söndürülüb.
Videonu təqdim edirik:
Nigar İxtiyarqızı









