“Ermənistanın iki ərazisi Azərbaycanın birbaşa maraq dairəsindədir”.
Tribuna.az xəbər verir ki, bu fikirlər erməni hərbi ekspert Hayk Nahapetyana məxsusdur.
O bildirib ki, Azərbaycanın diqqət mərkəzində olan birini istiqamət Tavuşda yerləşir. “Birincisi, Gürcüstana gedən magistral yoldur ki, orada qaz kəməri yerləşir”.
Nahapetyan ikinci hədəf kimi Kərki kəndini göstərib. “Əgər Kərki təhvil verilərsə, Ermənistan faktiki olaraq iki yerə parçalanacaq. Bununla da Azərbaycan tərəfi Sünikə gedən bütün yolumuza nəzarəti bərqərar edəcək”.
O, Başkəndin Ermənistana “qaytarılması” məsələsinə də toxunub. “Çoxları Başkənd məsələsini çox şişirdir. Bu kənd sərhəddən çox içəridə olmaqla yanaşı, həm də əvvəlki strateji mövqeyə malik deuil. Onun geri alınıb, alınmaması Ermənistan üçün heç bir üstünlük yaratmayacaq”.
Fərda Uğur









