Hər həftə 1000 dollar alacaq – Ölənə kimi

Hər həftə 1000 dollar alacaq – Ölənə kimi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada hamı Kanadada yasayan 20 yaşlı qıza bəxtəvərlik verir. Brenda Aubin-Vega “Poz qazan” lotereyasında 1 milyon dollar qazanıb.

Şanslı gənc lotereyada udduğu 1 milyon dolları nəğd götürməkdən imtina edib. O, atası ilə məsləhətləşəndən sonra həftədə 1000 dollar almağa qərar verib. “Əvvəl gözlərimə inanmadım. Əlimdəki lotereyaya bir də baxdım. Bəli, bəxt üzümə gulmusdu!”, – bəxtəvər Brenda belə deyib.

Şanslı qız 1 milyon dolların onu və ailəsini yoldan çıxaracağından ehtiyatlandığı üçün az məbləğlə kifayətləndiyini deyib: “Biz heç vaxt bu qədər pulu bir yerdə görməmişik. Az olsun, həmişə olsun”, – lotereya qalibi olan Brenda Aubin- Vrenga qərarını belə əsaslandırıb.

Mütəxəssislər kanadalı gəncin qərarını “ağıllı seçim” adlandırıblar. Onlar Brendanın lotereyada qazandığı pulun faizi hesabına ömrünün sonuna kimi rahat yaşayacağını bildiriblər.

Qeyd edək ki, Brenda Aubin-Vrenga 39 yaşına çatanda onun almış olduğu məbləğ 1 milyon, 80 yaşına çatanda isə 3,1 milyon dollar təşkil edəcək.