Heqset: ABŞ pilotsuz texnologiyaların inkişafına 56 milyard dollar ayıracaq

Heqset: ABŞ pilotsuz texnologiyaların inkişafına 56 milyard dollar ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın administrasiyası 2027-ci maliyyə ilinin büdcəsi çərçivəsində ölkənin pilotsuz texnologiyalar sahəsində liderliyini təmin etmək üçün 56 milyard dollar investisiya ayırmağı planlaşdırır.

Tribuna.az-ın məlumatına görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumunda bəyan edib.

“Prezident Trampın 2027-ci il büdcəsində dronlar sahəsində üstünlüyün təmin edilməsinə 56 milyard dollar məbləğində investisiyanın qoyulacağını görəcəksiniz”, – o deyib.

Pentaqon rəhbərinin sözlərinə görə, vəsaitlər ABŞ-nin pilotsuz texnologiyalar sahəsindəki mövqelərinin gücləndirilməsinə yönəldiləcək.